
Messi: “Kiməsə məsləhət vermək mənim üçün çətindir”
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi insanlara həyatda sadə şeylərin qədrini bilməyi tövsiyə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu hər kəs üçün universal məsləhət barədə sualı cavablandırarkən, həyatın dəyərinin məhz gündəlik anlarda gizləndiyini vurğulayıb:
“İnsanların hamısı eyni şəraitdə yaşamır və bir çoxu ciddi çətinliklərlə üzləşir. Mənim həyatım uğurlu alınıb, buna görə, kiməsə məsləhət vermək mənim üçün çətindir. Deyə biləcəyim yeganə şey həyatdan zövq almaqdır. İndi gündəlik həyatı, sadə xırdalıqları və ailəmlə keçirdiyim vaxtı daha çox qiymətləndirirəm. Sabah nə olacağını heç vaxt bilmirsən”.
Səkkizqat “qızıl top” sahibi martın 2-də MLS-də növbəti oyununa çıxacaq. Onun komandası doğma meydanda “Orlando Siti” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



