Messi Ronaldonu geridə qoydu

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edən Kristiano Ronaldonun rekordunu qırıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Liqa 1-in 8-ci turu çərçivəsində Lion “Olimpik”ini 1:0 hesabı ilə məğlub etdikləri səfər oyununda nail olub.

5-ci dəqiqədə yeganə qolun müəllifi olan argentinalı oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Təcrübəli forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldonu geridə qoyub.

Daha öncə İspaniya nəhəngi “Barselona”da forma geyinmiş Messi, 2021-ci ilin avqustundan PSJ-nin uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button