Messi: “Maradonanın dəvətindən imtina edə bilməzdim”

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi ölkə futbolunun digər əfsanəsi Dieqo Maradona ilə ilk tanışlığının necə baş tutduğunu açıqlayıb.

Messinin sözlərinə görə, bu görüş televiziya proqramı olan “La noche del 10” verilişi zamanı baş verib. O, həmin proqrama məhz Maradonanın şəxsi dəvəti ilə qatılıb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu, bunun unudulmaz an olduğunu bildirib:

“Dəvət aldım və əlbəttə ki, bundan imtina edə bilməzdim – getdim. Orada ailə üzvlərim də var idi: atam, əmim və əmim oğlanları. Onlar da Maradona ilə tanış oldular. Bu, həqiqətən unudulmaz an idi”.

Maradona 2020-ci ilin noyabrında vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button