
“Messinin özünə də tez-tez ilham lazımdır”
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano, komandanın hücumçusu Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.
38 yaşlı futbolçu bu gün MLS çərçivəsində “Orlando Siti” ilə oyunda dubl edərək, komandasının 0:2 geridə olduğu matçı öz hesablarına çevirməkdə (4:2) önəmli rol oynayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messinin lider olduğunu bildirib:
“O, bu idman növünün tarixində ən yaxşı oyunçudur. Liderdir və lider kimi başqalarını ilhamlandırır, amma özünə də tez-tez ilham lazımdır.
Hücuma çıxarkən onun daha çox seçimi olur və belə imkanlarla başqalarının edə bilmədiyi fürsətlər yarada bilir. Məhz bu, oyunu bizim xeyrimizə dəyişməyə imkan verdi”.
Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. O, əvvəllər PSJ və “Barselona” kimi klublarda çıxış edib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna kimidir.
Bizi Facebook-da izləyin



