“Messi karyerasını bitirənə qədər dünyanın ən yaxşı futbolçusu olacaq”

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri, Argentina yığması və Lionel Messi haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2026-cı il dünya çempionatının əsas favoritlərindən hesab olunan Argentina millisi barədə danışan ispaniyalı futbolçu, komandanın gücündə Messinin böyük rol oynadığını vurğulayıb:

“Argentina millisi favoritlərdən biridir, çünki onlar hazırkı dünya çempionudur. Həm də orada Messi oynayır. O, karyerasını bitirənə qədər dünyanın ən yaxşı futbolçusu olacaq. Mən onunla birlikdə məşq etmişəm və buna bənzər heç nə görməmişəm”.

Argentina millisi mundialdakı ilk matçını iyunun 17-də Əlcəzair yığmasına qarşı keçirəcək. Messi ilk turun oyunundan bir həftə sonra – iyunun 24-də 39 yaşını qeyd edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button