
“Messi dünya çempionluğunu yenidən qazanmaq üçün əlindən gələni edəcək”
Argentina millisinin sabiq hücumçusu Serxio Aquero, komandanın kapitanı Lionel Messi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 38 yaşlı futbolçunun motivasiyasının hələ də yüksək olduğunu söyləyib:
“Messi dünya çempionatında daha bir qələbə üçün çalışacaq bir oyunçudur. O, belədir, motivasiyasında heç bir boşluğu yoxdur. Yenidən qazanmaq üçün əlindən gələni edəcək. Və ümid edirəm ki, növbəti dünya çempionatında da oynayacaq”.
Messi və Aquero 2008-ci il olimpiya oyunlarında Argentina millisinin heyətində qızıl medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



