
Messi dünya çempionatından sonra vətəninə qayıdıb
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi dünya çempionatının başa çatmasından sonra vətəninə qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu Argentinada keçirilən “Leonesa” – “Sentral Kordoba” (0:2) matçını tribunadan izləyib.
Messi 2026-cı il dünya çempionatında 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Komanda finala yüksəlsə də, həlledici görüşdə İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu Ferran Torres vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



