
Messi daha bir tarixi göstəriciyə yaxınlaşdı
“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında növbəti tarixi göstəriciyə çox yaxınlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu MLS çempionatında bu gün “Orlando Siti ilə keçirilən qarşılaşmada dubl edərək komandasına 4:2 hesablı əzmkar qələbə qazandırıb.
38 yaşlı oyunçunun peşəkar karyerası ərzində hesabında artıq 898 qol var. Beləliklə, o, yaxın vaxtlarda 900 qol həddini keçən ikinci müasir futbolçu ola bilər. Bu göstəriciyə daha əvvəl “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nail olub.
Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. O, əvvəllər PSJ və “Barselona” kimi klublarda çıxış edib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna kimidir.
Bizi Facebook-da izləyin



