Messi “Borussiya”ya qarşı oynaya biləcək

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda “Borussiya” ilə qarşılaşacaq “Barselona” Dortmunda yola düşüb.

Komanda.az xəbər verir ki, baş məşqçi Ernesto Valverde səfərə 22 futbolçu aparıb.

Diqqət çəkən məqam bu mövsüm hələ də debüt etməyən kapitan Lionel Messinin iştirak ərizəsində yer almasıdı. Həkimlər argentinalı superulduzun son yarım saatda meydana çıxmasına icazə veriblər. Həmçinin zədəsini sağaldan qapıçı Neto da heyətə salınıb. Yalnız müdafiəçi Samuel Umtiti və hücumçu Usman Dembele zədə ucbatından heyətdə yer almayıblar.

Qeyd edək ki, “Borussiya” – “Barselona” matçı bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button