
Messi “Barselona”ya dönməyəcək
“İnter Mayami”nin hücumçusu Lionel Messi keçmiş klubu “Barselona” ilə bağlı gələcək planlarını açıqlayıb.
Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, 38 yaşlı futbolçu, Kataloniya klubundakı bütün prezidentliyə namizədlərə oyunçu kimi geri qayıtmayacağını bildirib.
Ancaq mənbə iddia edir ki, argentinalı futbolçu karyerasını başa vurduqdan sonra keçmiş klubuna fərqli bir rolda geri dönmək ehtimalına açıqdır.
Messi 20 ildən artıq “Barselona”da çıxış edib və 2021-ci ildə klubdan ayrılıb. “Qızıl top”un səkkizqat qalibinin “İnter Mayami” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Kataloniya klubunda yeni prezident seçkiləri martın 15-də keçiriləcək və qalib rəsmi olaraq iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq.
Bizi Facebook-da izləyin



