
Suares: “Messi “Barselona”nın uğurlarından məmnundur”
“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messinin “Barselona” ilə bağlı hisslərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvard bunu deyib:
“Messi “Barselona”nın uğurlarından məmnundur, o, həm də klubun azarkeşidir. Onun “Barselona”ya mümkün qayıdışına və klub prezidenti Xuan Laporta ilə barışmasına gəldikdə isə, bunu ona buraxmaq daha yaxşıdır. Bu, onun şəxsi məsələsidir”.
Hər iki futbolçu daha əvvəl “Barselona”da birlikdə oynayıb. Suares 2020-ci ildə, Messi isə 2021-ci ildə Kataloniya klubundan ayrılıb və hər ikisinin komandadan ayrılması dostcasına olmayıb. Messinin klubun prezidenti Laporta ilə münasibəti elə də yaxşı deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



