Messi “Barselona”da onu görmək istəyir

Argentina millisinin baş məşqçisi Lionel Skaloni “Barselona”nı çalışdıra bilər.

Komanda.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi şəxsən Kataloniya klubunun rəhbərliyinə Skaloninin namizədliyinə diqqət yetirməyi tövsiyə edib.

Xavi 2023/2024 mövsümünün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb.

Lionel Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. 2021-ci ildə onun rəhbərliyi altında yığma Amerika kubokunu qazanıb. 2022-ci ildə Argentina milli komandası dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button