Messi azarkeşlərə təşəkkür etdi

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında Əlcəzair yığması üzərində qazanılan 3:0 hesablı qələbədən sonra azarkeşlərə təşəkkür edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda hər üç qolu vuran 38 yaşlı futbolçu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

“Azarkeşlərə mesaj? Onlara təşəkkür etmək istəyirəm. Onlar bir daha sübut etdilər ki, bizim xüsusi dəstəyimiz var. Azarkeşlərimiz yenidən stadionu doldurdular… Bilmirəm 80 min, yoxsa daha çox tamaşaçı var idi”.

Messi dünya çempionatı tarixində ilk het-trikini rəsmiləşdirib. O, həmçinin, turnirdə vurduğu qolların sayına görə sabiq futbolçu Miroslav Kloze ilə bərabərləşib. Onların hər ikisinin 16 qolu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button