
“Milan”la dünyanı gördüm”
“Milan”ın qapıçısı Mayk Menyan İtaliya klubunda oynadığı zamanı həyatının ən mənalı illəri hesab edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məhz hazırkı klubunda təkcə qapıçı kimi inkişaf etməyi deyil, həm də dünyanı görmək arzusunu gerçəkləşdirə bildiyini deyib:
“Milan” inanılmaz bir klubdur, əla bir klubdur. Ayrılmalı olsam belə, yenə də “Milan” azarkeşi olaraq qalacam. Bu klubla dünyanı gördüm və bu, mənim üçün çox vacibdir”.
Menyan daha əvvəl “Lill”də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



