“Menecerim məni başqa bir otağa apardı və…” – Mourinyo

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Çelsi”yə ilk dəfə baş məşqçi təyin olunması ilə bağlı danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 2004-cü ildə ilk dəfə “zadəganlar”ın baş məşqçisi təyin olunan 56 yaşlı mütəxəssis, klubla oteldə razılıq əldə etdiyini deyib:

“2003/04 mövsümündə “Portu” ilə Çempionlar Liqasında “Mançester Yunayted”lə keçirəcəyimiz matçdan əvvəl oteldə idim. Nə baş verdiyini bilmirdim. Menecerim məni başqa bir otağa apardı və orda bir İngiltərə təmsilçisi ilə danışıqlar apardım. Həmin vaxt “Çelsi” ilə anlaşdım.

2004/05 mövsümündə İngiltərədə sadəcə iki xarici baş məşqçi vardı. Biri Çempionlar Liqasını qazanmışdı, bu, mən idim. Digəri isə UEFA kubokunu qazanmışdı, bu isə Rafael Benites idi. Həmin dövrdə İngiltərədə xarici bir mütəxəssis kimi çalışmaq çətin idi. Hazırda isə elə deyil, artıq bu, çox asandır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button