Futbol tarixinin ən uğursuz komandası

Meksikanın “Verakrus” klubu futbol tarixinə düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq yerli çempionatın 7-ci turunda “Qeretaro”ya 0:5 hesabıyla məğlub olan “Verakrus”, ardıcıl 33 oyundur ki, qələbə qazana bilmir. Komanda bununla, futbol tarixinin ən uğursuz klubu ünvanını qazanıb.

“Verakrus” 2018-ci ilin 25 avqustundan etibarən oynadığı 33 qarşılaşmada 25 dəfə məğlub olub, 8 dəfə isə heç-heçə edib.

Bundan əvvəl futbol tarixinin ən uğursuz komandası İngiltərənin “Derbi Kaunti” klubu idi. Hazırda Çempionşipdə mübarizə aparan “Derbi Kaunti” ardıcıl 32 oyunda qələbə qazana bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button