Meksika millisinin üzvü MLS-də

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Marko Fabian karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi “Filadelfiya Yunion”a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Meksikalı futbolçuyla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Fabian cari mövsümdə Bundesliqa təmsilçisiylə 3 qarşılaşmada iştirak etmişdi. O, 42 dəfə də Meksika millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button