Mehdiyevin əlçatmaz rekordu

Futbol üzrə Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdi.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Simurq” və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb.

İkinci göstəriciyə Hüseyn Məhəmmədov malikdi. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb – 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdu.

Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən çox quru oyun keçirən 10 qapıçı

  1. Rauf Mehdiyev – 137
  2. Hüseyn Məhəmmədov – 120
  3. Nizami Sadıqov – 111
  4. Fərhad Vəliyev – 110
  5. Cahangir Həsənzadə – 108
  6. Elxan Həsənov – 107
  7. Kamran Ağayev – 96
  8. Camaləddin Əliyev – 85
  9. Elşən Poladov – 84
  10. Nadir Şükürov – 83
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button