“Medina ilə görüşümüz olub” – “Rizəspor”un baş meneceri

“Rizəspor”un baş meneceri Hasan Yavuz Bakır Türkiyə mətbuatına açıqlama verib.

Komanda.az “Ajansspor”-a istinadən xəbər verir ki, klub rəsmisi “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın mümkün transferindən də danışıb.

O, kolumbiyalı oyunçunun transferi üçün danışıqlara davam etdiklərini deyib:

“Medina ilə razılıq əldə olunub? O, çox dəyərli futbolçudur. “Qarabağ” dünən “Linkoln”la Çempionlar Liqasının oyununa çıxmışdı. Məsələ bundan sonra dəqiqləşəcək. Medina bizim üçün maraqlıdır. Ona görə, klubu ilə danışıq aparmışıq. Özü ilə də görüşümüz olub”.

Ötən mövsüm Türkiyə birinci liqasında mübarizə aparan “Rizəspor” yeni mövsümdən Super Liqada oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button