Mbappe UEFA-ya müraciət etdi

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında “Benfika” ilə keçirilən ilk pley-off matçında komanda yoldaşı Vinisius Juniora qarşı səsləndirilən irqçi təhqirlərlə bağlı UEFA-ya müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard məsələ ilə bağlı sərt mövqe ortaya qoyub:

“Klubun özünə və baş məşqçisi Joze Mourinyoya heç bir iradım yoxdur. O, çox güclü məşqçidir. Amma belə davranışa yol verən futbolçu bu turnirdə oynamağa davam etməməlidir. UEFA-dan lazımi tədbirlərin görülməsini gözləyirəm. Bu məsələ ətraflı şəkildə araşdırılmalıdır”.

Yayılan xəbərlərə görə, “Benfika”nın futbolçusu Canluka Prestianni oyun zamanı Vinisiusu təhqir edib.

Qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı fevralın 25-də İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button