Mbappe Səudiyyə Ərəbistanına gedib – “Barselona” ilə oyun üçün

“Real”ın hücumçusu Kilian Mbappe Səudiyyə Ərəbistanına gedib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Əvvəlki xəbərlərdə, Mbappenin zədədən bərpa müddəti səbəbindən superkubokun finalında iştirakının sual altında olduğu bildirilirdi. O isə fərdi məşqlərlə matça hazırlaşaraq, “Barselona” ilə vacib oyuna yetişməyə çalışıb.

“Barselona” və “Real” arasında keçiriləcək superkubokun finalı sabah saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button