“Mbappe inanılmaz formadadır”

“Real”ın sabiq hücumçusu Uqo Sançes komandanın forvardı Kilian Mbappe haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun inanılmaz formada olduğunu deyib:

“Mbappe inanılmaz formadadır. O, özünəinamla doludur və həmişə lider xarizmasını nümayiş etdirir”.

26 yaşlı forvard bu mövsüm Madrid klubunun heyətində bütün yarışlarda 18 oyunda 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Real” bazar günü La Liqada “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button