Mbappe: “Gələn mövsüm də PSJ-də oynayacam”

PSJ-nin hücumçusu Kilian Mbappe gələcək karyerası haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt klubunda çox xoşbəxt olduğunu deyib:

“PSJ-də çox xoşbəxtəm. Bu layihənin bir hissəsi olduğum üçün şadam. Gələn mövsüm də Paris klubunda oynayacam”.

Öncədən 24 yaşlı futbolçunun hazırkı müqaviləsinin 2024/25 mövsümünə qədər uzadılmasını istəmədiyi bildirilirdi. Bununla da, o, 2024-cü ildə azad agent statusu qazana bilər.

Mbappe 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button