Mbappe “el klasiko”nu buraxa bilər

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandasının hücumçusu Kilian Mbappenin son durumu barədə açıqlama verib.

Fransalı forvard dünən La Liqa çərçivəsində “Espanyol”la keçirilən matçı zədə səbəbindən buraxıb. Qarşılaşma madridlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda növbəti turda – mayın 10-da əzəli rəqibi “Barselona” ilə üz-üzə gələcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arbeloa, Mbappenin bu oyunda iştirak ehtimalını belə dəyərləndirib:

“Görək, Kilian “el klasiko”ya qədər bərpa oluna biləcəkmi. Müayinələrin nəticələrinə əsasən, görünür ki, ona bir qədər daha çox vaxt lazım olacaq. Amma yenə də gözləyəcəyik”.

“Barselona” “el klasiko”da məğlub olmayacağı təqdirdə, çempionluğu vaxtından əvvəl təmin edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button