
“Mbappe dünya futbolunun ən yaxşısıdır” – Sabiq futbolçu
“Real”ın sabiq futbolçusu və İspaniya millisinin keçmiş üzvü Quti madridlilərin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, Mbappenin indi dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:
“Mbappe indi dünyanın ən yaxşı futbolçusudur. O, Erlinq Haland (“Mançester Siti”), Lamin Yamal (“Barselona”) və Vinisius Juniorla (“Real”) eyni səviyyədədir. Mənim üçün hamısı güclüdür, amma Mbappe dünya futbolunun ən yaxşısıdır”.
27 yaşlı fransalı hücumçu cari mövsümdə La Liqanın ən məhsuldar futbolçusudur. O, 18 oyunda eyni sayda qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



