“Mən qayıtdım, hazıram” – Pyaniç

Zədəsini sağaldan Miralem Pyaniç “Beşiktaş”ın əsas heyətində yer almaq istəyir.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün əvvəlində böyük ümidlərlə “Barselona”dan icarəyə götürülən bosniyalı futbolçu ondan gözlənilənləri tam vermir. Pyaniçin mövsümün sonunda yenidən Kataloniya klubuna geri göndəriləcəyi gözlənilir.

Futbolçu özü isə zədədən sonra yenidən oyunlara hazır olduğunu bildirib:

“Beş həftədir zədəli idim. Amma mən qayıtdım, hazıram. Növbəti matçlara start heyətində başlamaq istəyirəm. Bu başlanğıcın effektli ola biləcəyini düşünürəm”.

Pyaniç ötən ildən “Beşiktaş”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button