“Matça biz nəzarət edirdik” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya kubokunun 1/8 finalının “Kremoneze” ilə matçından sonra (2:2, penaltilər 4:5) açıqlama verib.

Komanda.az “Sportmediaset”-ə istinadən xəbər verir ki, o, rəqibin oyun tərzi haqda danışıb:

“Həmişə oynadığımız kimi oynamadıq. Topa sahib olmada çox pis çıxış etdik. Buna baxmayaraq, matça biz nəzarət edirdik. Bir neçə real qol epizodunu nəzərə almasaq, rəqib o qədər də yaxşı çıxış etmədi”.

“Kremoneze” penaltilər seriyasında neapolluları məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button