Jerar Martin müdafiənin mərkəzində oynamasının səbəbini açıqladı

“Barselona”nın futbolçusu Jerar Martin müdafiənin mərkəzində oynama səbəbini izah edib. İspaniyalı futbolçu komandadakı mövqeyini dəyişdirərək, sol cinah müdafiəsindən mərkəzə keçib.

Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, o, bu mövqedə artıq çox oyun keçirdiyini deyib:

“Yadımdadır, İniqo Martines mövsümün hazırlığı zamanı zədə problemləri yaşayırdı və baş məşqçi Hans-Diter Flik məni sol mərkəz müdafiəçisi kimi sınamaq istədiyini dedi. O vaxtdan bəri məni orada oynatmaqda daha inamlı oldu. Bu mövsüm orada çox oyun keçirmişəm”.

23 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 34 oyunda iştirak edib.

“Barselona” fevralın 22-də, La Liqanın 25-ci turu çərçivəsində “Levante” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button