“Marsel”in baş məşqçisi qarət olunub

“Marsel”in baş məşqçisi Habib Beye oğurluq hadisəsinin qurbanı olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə təxminən saat 01:00 radələrində baş verib. Bir və ya iki nəfər 48 yaşlı məşqçinin yaşadığı Fuveau bölgəsində yerləşən villanın hasarını aşıb, daha sonra pəncərəni sındıraraq evə daxil olub.

Cinayətkarlar evdən əsasən geyim əşyaları və “Luis Vuitton” markasına aid aksesuarları oğurlayıblar.

Hadisə yerinə gələn polis əməkdaşları barmaq izləri götürərək, araşdırmaya başlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button