
De Zerbi İngiltərə komandasının “sükanı arxasına” keçə bilər
“Tottenhem” istefaya göndərilən Tomas Frankın əvəzləyicisini axtarır. Danimarkalı mütəxəssisin postundan ayrılması dünən rəsmi şəkildə açıqlanıb.
Bundan az əvvəl isə Roberto De Zerbinin “Marsel”dən ayrıldığı məlum olmuşdu. Məhz italiyalı çalışdırıcı “Tottenhem”in yeni baş məşqçisi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi “Brayton”un sabiq baş məşqçisinin namizədliyi ilə maraqlanır və artıq mümkün əməkdaşlığın şərtləri ilə bağlı ilkin məlumat əldə edib.
Roberto De Zerbi 2024-cü ilin yayından “Marsel”i çalışdırırdı. O, bundan əvvəl iki il ərzində “Brayton”un “sükanı arxasında” uğurlu fəaliyyət göstərmişdi. İddialara görə, 46 yaşlı mütəxəssis yenidən İngiltərə Premyer Liqasında işləmək niyyətindədir.
Bizi Facebook-da izləyin



