“Kivuya bravo!”

“İnter”in prezidenti Cüzeppe Marotta klubun İtaliya kubokunun finalındakı qələbəsinə reaksiya verib. Bu, “İnter”in tarixində üçüncü dəfə həm liqa, həm də İtaliya kubokunda qələbəsiylə dubl etməsidir. Bu isə 2025-ci ilin yayından komandaya rəhbərlik etməyə başlayan Kristian Kivunun klubdakı ilk ilində baş verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:

“Futbol komanda oyunudur və hamımız birlikdə oynayırıq. “İnter” həmişə qalib gəlməyə çalışır, bu, klubun genindədir. Kivuya bravo! İki kubok qazandıq və yalnız UEFA Çempionlar Liqasından bir az acılıq qalıb”.

“İnter” daha əvvəl Simone İnzaqinin rəhbərliyi altında, 2023-cü ildə də İtaliya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button