“İndi transferləri müzakirə etmək üçün ən yaxşı vaxt deyil” – “İnter”in prezidenti

“İnter”in prezidenti Cüzeppe Marotta klubun transfer məqsədləri ilə bağlı sualı cavablandırıb.

Komanda.az DAZN-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:

“İndi transferləri müzakirə etmək üçün ən yaxşı vaxt deyil, amma aydın planlarımız və ideyalarımız var. Əsası italiyalılardan ibarət güclü bir komandamız var. Bu istiqamətdə işləməyə davam etmək istəyirik. Heyəti gənc italiyalı istedadlarla gücləndirməkdən məmnun olardıq, əlbəttə ki, təkcə onlarla deyil. Təcrübəli əcnəbi oyunçularla müqavilə bağlamaq da bizim üçün vacibdir. Hamı bilir ki, yalnız gənclərlə qalib gəlmək mümkün deyil, düzgün balans vacibdir”.

“İnter” sona üç tur qalmış A Seriyası çempionluğunu təmin edib. Komandanı “Latsio” ilə İtaliya kubokunun final oyunu da gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button