
“Qələbəyə tam layiq idik”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska derbidə “Vest Hem” üzərində qələbədən sonra (2:1) fikirlərini bölüşüb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bəzi dəyişikliklərdən sonra hər şeyin başqa cür getdiyini bildirib:
“Bu gün xüsusilə, psixoloji cəhətdən çətin oyun oldu. “Vest Hem”lə oyunlar asan olmur, ona görə də zehni cəhətdən güclü və səbirli olmalısan. İlk hissədə qapıya 10-dan çox zərbəmiz oldu. Dəqiq şanslarımız oldu, amma hədəfi vura bilmədik. Bəzi dəyişikliklərdən sonra hər şey başqa cür getdi. Ümumilikdə, qələbəyə tam layiq idik.
Qapıçı dəyişikliyi? Sançesin istirahətə ehtiyacı var. Yorgensen bu gün çox yaxşı idi”.
“Çelsi” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin