“Özümü Maradona ilə müqayisə edə bilmərəm” – Gürcü futbolçu

“Napoli”nin vingeri Xviça Kvaratsxeliya Dieqo Maradona ilə müqayisə olunmağından danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, gürcüstanlı futbolçu belə bir müqayisənin onun üçün xoş olduğunu söyləyib:

“Napoli” böyük əfsanələri olan böyük komandadır. Maradona burada oynayıb və ondan yaxşısı yoxdur. Bura həm də fantastik şəhərdir və fikrimcə, dünyanın ən yaxşı klublarından birinə malikdir. Maradona Neapolun tanrısıdır. Səni onunla müqayisə edəndə xoş olur. Amma təbii ki, özümü onunla müqayisə edə bilmərəm. Çünki o, tarixin ən yaxşı oyunçularından biridir. Əlbəttə ki, azarkeşlərin məni “Quaradona” adlandırması mənim üçün çox şey deməkdir”.

Kvaratsxeliya 2022-ci ildən “Napoli”də çıxış edir. 23 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button