“Maquayrın çıxışından çox razıyam” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq İngiltərə çempionatının 11-ci turunda “Fulhem”lə oyunda (1:0) müdafiəçi Harri Maquayrın çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun əla performans göstərdiyini deyib:

“Maquayr əla oyun keçirdi. O, liderlik nümayiş etdirdi və həm topda, həm də topdan kənarda çox yaxşı idi. Onun çıxışından çox razıyam”.

30 yaşlı müdafiəçi 2019-cu ilin avqustunda “Lester”dən “Mançester Yunayted”ə keçib. Onun transfer məbləği 87 milyon avro təşkil edib. Maquayrın klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm doqquz oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button