Manolova AÇ-nin finalında, iki bürünc medal şansı

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, dördüncü yarış günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib.

Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə “tuşe” ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxacaq.

Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də “bürünc” üçün güləşəcək.

Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manalova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini “tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib.

53 kq
1/8 final – Tatyana Varansova – Vanesa Kaladzinskaya (BLR)

57 kq
1/8 final – Alyona Kolesnik – Sara Lindborq (SWE) 2:0 (tuşe)
1/4 final – Alyona Kolesnik – Emese Barka (HUN) 5:6
Təsəlliverici görüş – Alyona Kolesnik – Denisa Fodor (ROU)

62 kq
1/8 final – Tatyana Omelçenko – Hedda Hauq Strand (NOR) 12:1
1/4 final – Tatyana Omelçenko – Katarjina Madrovska (POL) 6:0
1/2 final – Tatyana Omelçenko – Taybe Mustafa Yuseyin (BUL) 0:4
Bürünc medal görüşü – Tatyana Omelçenko – Amelin Duarre (FRA) / İlona Prokopevniuk (UKR)

65 kq
Təsnifat – Elis Manalova – Anna Katerina Yohansson (SWE) *2:2
1/4 final – Elis Manalova – Lusi Manke (GER) 2:0
1/2 final – Elis Manalova – Petra Olli (FİN) 5:0 (tuşe)
FİNAL – Elis Manalova – Krişta Tunde İnçe (ROU)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button