
Osimhen İngiltərə klubunun transfer siyahısındadır
“Mançester Yunayted” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəflərindən biri hazırda “Qalatasaray” formasını geyinən Viktor Osimhendir. Ancaq tərəflər arasında transferin baş tutma ehtimalı yüksək qiymətləndirilmir.
“Mançester Yunayted”in alternativ variantları da var. Klubun maraq dairəsində azad agent statusundakı Robert Levandovski, müqaviləsinin müddəti başa çatmaq üzrə olan Duşan Vlahoviç (“Yuventus”), həmçinin, “Kristal Pelas”ın hücumçusu Yan-Filipp Mateta və “Bornmut”dan Eli Junior Krupi də yer alır.
“Qırmızı şeytanlar” ötən mövsümü İngiltərə Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində başa vurub. Maykl Karrikin rəhbərlik etdiyi komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.
Bizi Facebook-da izləyin



