“Koutinyonun “Mançester Yunayted”ə transferi heç bir məna kəsb etmir”

“Mançester Yunayted”in sabiq futbolçusu Dmitar Berbatov, Filippe Koutinyonun “qırmızı şeytanlar”a transfer olunacağıyla bağlı çıxan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, “El Mundo Deportivo”ya danışan sabiq hücumçu, braziliyalı yarımmüdafiəçinin “Mançester Yunayted”ə lazım olmadığını deyib:

“Koutinyo hazırda “Mançester Yunayted”ə lazım deyil. Bruno Fernandes ona çox bənzəyir. Koutinyonun “Mançester Yunayted”ə transferi heç bir məna kəsb etmir. O, gərək ona inanan və daimi şans verən bir məşqçinin olduğu kluba getsin”.

Hazırda icarə əsasında “Bavariya”da çıxış edən, müqavilə ilə “Barselona”ya məxsus olan braziliyalı futbolçu daha əvvəl İngiltərədə “Liverpul”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button