“Mançester Yunayted”in müdafiəçisi penaltilərdən şikayətləndi

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandasına qarşı çoxlu penaltilər təyin olunduğundan danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, onlara qarşı bir neçə mübahisəli qərarlar verildiyini bildirib:

“Son aylarda bizə qarşı bir neçə mübahisəli qərarlar verildi. Hakim penalti təyin etməyibsə belə, o zaman VAR müdaxilə edib. Mən bir-iki epizoddan danışmıram, onlardan beş-altı dənə idi. Bu, xoşagəlməzdir və bizə çoxlu xal bahasına başa gəldi”.

“Mançester Yunayted” 32 oyundan sonra 50 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button