Kapitan narazıdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi, kapitan Bruno Fernandes klubun idarəçiliyindən ciddi narazıdır.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl daimi baş məşqçinin təyin olunmasını gözləyəcək.

Fernandes, rəhbərliyin seçimi onun xoşuna gəlməsə, komandadan ayrılmağa hazır ola bilər. “Qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi Maykl Karrikin müqaviləsinin müddəti yaya kimidir. Yanvarın əvvəlində əvvəlki baş məşqçi Ruben Amorim postundan istefa vermişdi.

31 yaşlı futbolçuya Səudiyyə Ərəbistanı çempionatından maraq göstərən klublar var və Fernandesin gələcəkdə ora transfer olunma ehtimalı da müzakirə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button