“Titullar üçün mübarizə aparmalıyıq”

“Mançester Yunayted”in hücumçusu Mateus Kunya komandasının gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard yalnız UEFA Çempionlar Liqasına vəsiqə qazanmaqla kifayətlənməməli olduqlarını bildirib:

“Biz yalnız Çempionlar Liqasına düşməklə razı qalmamalıyıq. Titullar üçün mübarizə aparmalıyıq. İlk addımı atdıq və düşünürəm ki, gələn mövsüm daha güclü ola bilərik”.

“Qırmızı şeytanlar” 35 turdan sonra Premyer Liqada 64 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və ilk 5-likdə yerini təmin edib. Komandanın baş məşqçisi Maykl Karrikdir.

“Mançester Yunayted” növbəti turda, mayın 9-da səfərdə “Sanderlend”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button