Ya “Yuventus”, ya da “Real”

“Mançester Yunayted”in futbolçusu Pol Poqba mövsümün sonunda komandasını dəyişəcək.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi “qırmızı şeytanlar”dan ayrılmaq istəyir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Poqbanın seçiminin “Yuventus”dan yana olacağı gözlənilir.

Fransa milli komandasının da üzvü olan Poqba, 2012-2016-cı illər aralığında “Yuventus”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button