Zidanla Poqba Dubayda FOTO

“Mançester Yunayted”in futbolçusu Pol Poqba ilə “Real”ın baş məşqçisi Zinəddin Zidan görüşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransızlar milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı Dubayda istirahət edərkən görüntülənib.

“Real” bu yay Poqbanı transfer etmək istəsə də, bu, baş tutmamışdı. Madrid təmsilçisinin növbəti transfer dönəmlərində də fransız yarımmüdafiəçi üçün danışıqlar aparacağı bildirilir.