“Əlbəttə, “Liverpul”un çempion olmasını istəmirəm” – Poqba

“Mançester Yunayted”in futbolçusu Pol Poqba açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi, Premyer Liqada lider olan “Liverpul” haqda danışıb:

“Liverpul” rəqiblərindən çox aralıdadır. Bu mövsüm Premyer Liqada məğlub olmayıblar. “Mançester Yunayted”in bir futbolçusu kimi əlbəttə, “Liverpul”un çempion olmasını istəmirəm. Ancaq bunu qəbul etməliyəm ki, onlar bu il olduqları yerə layiqdirlər”.

“Liverpul” hazırda Premyer Liqada 79 xalla liderdir. “Mançester Yunayted” isə 41 xalla 5-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button