De Xea Sulşerlə görüşəcək – AÇ-2020-dən sonra

“Mançester Yunayted”in futbolçusu David de Xea AÇ-2020-dən sonra klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, ispan qapıçı turnirdən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşerlə görüşəcək. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.

De Xea norveçli mütəxəssisdən yeni mövsümdə komandanın əsas qapıçısı olacağına dair zəmanət ala bilməsə, klubu tərk edəcək.

30 yaşlı qapıçı İspaniya yığması ilə AÇ-2020-də iştirak edir.