“Portu” MY-nin futbolçusunu istəyir

“Mançester Yunayted”in (MY) futbolçusu Cessi Linqard karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi “Portu” klubuna keçə bilər. Xəbərdə, Portuqaliya təmsilçisinin Linqard üçün “Mançester Yunayted”ə 10 milyon avro təklif edəcəyi bildirilir.

28 yaşlı yarımmüdafiəçi bu mövsüm “qırmızı şeytanlar”la 3 oyuna çıxıb.