Sulşer: “Çempionluğu asan qazanmalarına imkan verməyəcəyik”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqada çempionluq mübarizəsindən danışıb.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan norveçli mütəxəssis, çempionatın qalibi olmaq üçün sona qədər mübarizə aparacaqlarını deyib:

“Kimsə yarışdan bu qədər tez çəkilməyəcək. Bu mövsüm elədir ki, heç nəyi əvvəlcədən demək olmaz. Hər şey ola bilər. Təbii ki, biz də ikinci yerlə kifayətlənmək istəmirik.

“Mançester Siti”nin ən yaxın izləyicisi bizik və onlarla mübarizə aparacağıq. Çempionluğu asan qazanmalarına imkan verməyəcəyik. Bunun üçün də qarşıdakı bütün oyunlarımızı qazanmalıyıq”.

“Mançester Siti” Premyer Liqada 53 xalla lider, “Mançester Yunayted” isə 46 xalla 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button