
“Mançester Yunayted”in futbolçuları rəhbərliyə müraciət edib – Karrik üçün
“Mançester Yunayted”in aparıcı futbolçuları Maykl Karrikin növbəti mövsümdə də komandanın baş məşqçisi kimi qalmasını istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə əsas oyunçu, həmçinin, Bruno Fernandes, Harri Maquayr və Mateus Kunya klub rəhbərliyinə Karriki baş məşqçi postunda görmək istədiklərini bildiriblər.
Digər mənbə isə iddia edir ki, Karrik “qırmızı şeytanlar”ın daimi baş məşqçi kimi əsas namizədlərindən biridir. Bununla belə, klub rəhbərliyi başqa məşqçilərlə də danışıqlar aparmaq niyyətindədir.
Bildirilir ki, komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanması belə, rəhbərliyin planlarını dəyişməyib və yekun qərar hələ verilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



