
“Mançester Yunayted”də ciddi itki
“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Komandanın kapitanı Bruno Fernandes “Aston Villa”ya qarşı keçirilən Premyer Liqa matçında zədələnib.
Ruben Amorimin rəhbərlik etdiyi “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi dünən baş tutan və 1:2 hesablı məğlubiyyətlə yekunlaşan matçın fasiləsində əvəzlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimallar portuqaliyalı futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağını göstərir. Bu isə “Mançester Yunayted” tarixində ilk dəfədir ki, komanda Fernandes olmadan bu qədər uzun müddət keçirməli olacaq.
31 yaşlı futbolçu 2020-ci ilin yanvarında “Mançester Yunayted”ə transfer olunub. O vaxtdan bəri yarımmüdafiəçi çox nadir hallarda zədələr səbəbindən sıradan çıxıb. Onun ən uzunmüddətli fasiləsi ötən ilin mayında baş verib. Belə ki, o, dizindən aldığı zədə səbəbindən mayın əvvəlindən ortalarınadək cəmi iki oyunu buraxmışdı.
Bizi Facebook-da izləyin



