“Mançester Yunayted”də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Eşli Yanqla müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı ingilis müdafiəçi ilə anlaşma daha 1 il müddətinə artırılıb. O, ən azı 2019/20 mövsümünün sonuna kimi “qırmızı şeytanlar”ın uğurları üçün çalışmağa davam edəcək.

2011-ci ildə “Aston Villa”dan transfer edilən Yanq, “Mançester Yunayted”də indiyə qədər 227 matça çıxıb, 17 qola imza atıb.